UEFA-dan Azərbaycanın 10 klubu üçün müvafiq vəsait ayrıldı
UEFA tərəfindən müxtəlif təyinatlar üzrə ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıdakı cədvəllərdə adı göstərilmiş klubların hesabına köçürülüb (məbləğlər avro ilə göstərilib). Azerisport.az xəbər verir ki, “Kəpəz” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.
“Xəzər Lənkəran” klubunun AFFA, PFL, FIFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq
AÇ-2016-nın seçmə mərhələsində millidəki futbolçusunun iştirakına görə
AZAL - 4,606.48
Xəzər Lənkəran - 120,583.68
İnter - 112,713.07
Kəpəz - 16,632.23
Neftçi - 128,899.79
Qarabağ - 307,796.22
Qəbələ - 152,806.87
Sumqayıt - 24,948.34
Zirə - 8,316.12
AÇ-2016-nın final mərhələsində milli komandada futbolçusunun iştirakına görə
Qarabağ - 57,849.45
Maliyyə feyr-pleyi üzrə vəsait
UEFA Avropa Liqası turinirin qrup mərhələsində çıxış edən klublar
Qarabağ - 104,080.00
Qəbələ - 104,080.00
UEFA Avropa Liqası turnirinin təsnifat mərhələsində çıxış edən klublar
Neftçi - 11,750.00
İnter - 11,750.00
Uşaq futbolu ilə bağlı ayrılmış vəsait
Zirə - 51,104.00
İnter - 51,104.00
Sumqayıt - 51,104.00
AZAL - 51,104.00
Neftçi - 51,104.00
Kəpəz - 51,104.00
Rəvan - 51,104.00
Xəzər Lənkəran - 51,104.00
