13 dekabr 2016 15:30

Rahid Əmirquliyev: Belə oyunları unutmaq çox çətindir

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi

- "Sumqayıt"la kubok matçına hazırsınız?
- Hər bir oyuna olduğu kimi, bu matça da yaxşı hazırlaşmışıq. Bizi ciddi rəqiblə oyun gözləyir.

- İlk oyunda sizi hansı nəticə qane dəcək?
- İstənilən halda bizə çətin olacaq. Təbii ki, nə qədər çox qol vursaq, o dərəcədə yaxşı olar.

- "Fiorentina" ilə oyunu unuda bilmisiniz?
- Tarixi oyun idi. Belə oyunları unutmaq çətindir. İtaliya klubuna qalib gəlməyi çox istəyirdik. Lakin alınmadı. Artıq növbəti matçları düşünməliyik.

- Həmin oyunda nəticə qazanmağınıza nə mane oldu ki?
- Bu oyunda bizdə çox şey alınmadı. Həm də rəqibin heyətində çoxlu yüksək səviyyəli futbolçu var idi. İtaliyalılar bizə bir çox istədiklərimizi həyata keçirməyə imkan vermədilər.

- Sizin bacarmadığınızı iki dəfə məğlub etdiyiniz Yunanıstan PAOK-u etdi...
- Futbolda belə hallar olur. Səhvimiz də oldu, bəxtsizlik də.

- Artıq bundan sonra çempionluq uğrunda asanlıqla mübarizə apara biləcəksiz?
- Heyətimiz genişdir. Bu üzdən Avroliqanın bizə çox mane olduğunu düşünmürəm. Onsuz da həm çempionatda, həm də Avroliqada eyni səviyyədə mübarizəmizi davam etdirirdik.

- Yeri gəlmişkən, PAOK və "Fiorentina" 1/16 finalda Almaniyanın "Şalke" və "Borrusiya" (Münhenqladbax) klublarına rəqib oldu. Sizcə, "Qarabağ" bu komandalardan hansı ilə oynaya bilərdi?
- Almaniya klubları çox güclüdür. Həm PAOK-a, həm də "Fiorentina"ya onlarla oyunlar asan olmayacaq. "Qarabağ" da bu komandalarla mübarizə apara bilərdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.