13 dekabr 2016 14:30
Nuqzar Kvirtiya: Zaqatala göstərdi ki, Qəbələni məğlub etmək olar
AZAL-ın yarımmüdafiəçisi Nuqzar Kvirtiya Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi "Qəbələ" ilə növbəti maraqlı qarşılaşma gözləyir. Premyer Liqada onlarla son oyunumuz heç-heçə bitmişdi (0:0). Əls mübarizə vardı. Hətta dava da oldu (gülür). Bu dəfə isə kubok çərçivəsində görüşəcəyik. İlk oyun səfərdədir. Meydan sahibləri bizə qalib gəlməyə çalışacaqlar. Mövsümün autsayderiyik. Bu üzdən də hər kəs bizə qalib gəlməyə çalışır. Amma "Zaqatala" göstərdi ki, "Qəbələ"ni səfərdə məğlub etmək olar. Bu, bizim üçün çox yaxşı nümunədir".
