13 dekabr 2016 13:40
Murad Səttarlı: Neftçi hədiyyə deyil
"Zirə"nin yarımmüdafiəçisi Murad Səttarlı Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"nin Premyer Liqadakı uğursuz çıxışına baxmayaraq, onlar kubokda adətən yaxşı oynayırlar. Onlar üçün əsas motivasiya avrokuboklara ən qısa yolun kubokdan keçməsidir. Maraqlı oyun olacaq. "Neftçi" hədiyyə deyil. Amma öz meydanımızda onlara qalib gəlməliyik. Premyer Liqada da mübarizəmizi davam etdiririk. Amma kubokda da asanlıqla təslim olmaq fikrimiz yoxdur".
