Ağabala Ramazanov: Bu gün qol buraxmamalıyıq
"İnter"in hücumçusu Ağabala Ramazanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kəpəz"lə oyuna ciddi hazırlaşırıq və qələbə qazanmaq istəyirik. Bu oyunda qol buraxmaq olmaz. Çünki cavab oyunumuzu səfərdə keçirəcəyik. "Kəpəz" asan rəqib deyil. Çempionatda da əsas izləyicimizdir. Aydın məsələdir ki, ağır oyun olacaq. "İnter" avrokuboklara vəsiqə qazanmaq istəyir. Ona görə də həm kubok, həm də çempionat bizim üçün çox vacibdir. "Qarabağ"la "Qəbələ" çox güclü rəqibbdir. Onlarla mübarizə aparmaq çox çətindir. Amma biz həmişə onlara qarşı layiqli mübarizə aparmışıq. Klubdakı maliyyə durumuna gəlincə, hər şey qaydasındadır".
