13 dekabr 2016 13:00
Qəbələ Rusiya klubları ilə qarşılaşa bilər
"Qəbələ" qış hazırlıq planlarını müəyyənləşdirməyə davam edir. Azerisport.az xəbər verir ki, Roman Qriqorçuk yanvarın 9-da komandasını Türkiyəyə aparacaq.
Belek bölgəsində hazırlıq keçəcək komanda orada ayın 25-dək qalmağı planlaşdırır. Bu müddət ərzində Qəbələ təmsilçisi 4 yoxlama matçı keçirəcək. Hələlik, rəqiblərin kimliyinə aydınlıq gəlməyib. Hazırda Rusiya, Slovakiya və Albaniya klubları ilə danışıqlar aparılır.
