13 dekabr 2016 11:40

Aqil Məmmədov: Bizim də qalib gəlmək zamanımız yetişib

AZAL-ın qapıçısı Aqil Məmmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- 1/8 finalda "Zaqatala"nı çox çətinliklə keçən "Qəbələ"ni mübarizədən kənarlaşdıra biləcəksiniz?
- "Qəbələ"nin "Zaqatala"nı çətinliklə, penaltilər seriyasında üstələdiyini bilirəm. Amma bunu "Qəbələ"nin zəifliyi, ya da komandada hansısa problem olması ilə əlaqələndirmirik. Onlar istənilən halda güclüdürlər. Rəqibimizin iki güclü heyəti var.

- Elə isə ilk oyundakı hədəfiniz uduzmamaq olacaq?
- Təbii ki, Qəbələdə qol vurmağa və uduzmamağa çalışacağıq. Ev oyununda isə qələbəyə oynayacağıq. "Qəbələ" çox güclü komandadır. Premyer Liqada çempionluğa oynaması da bundan xəbər verir. Amma bizim də qələbə qazanmaq zamanımız yetişib.

- Premyer Liqada hələ də qələbə qazana bilməməyiniz təzyiq yaradır?
- Biz də qələbə qazanmağı çox istəyirik. Lakin hələ alınmır. Görünür, qismət belədir.

- Premyer Liqanın bu ilki son turunda keçmiş komandanız "Neftçi" ilə qarşılaşmada ilk qələbənizi rəsmiləşdirməyinizi gözləmək olar?
- Təbii ki, hədəfimiz yalnız qələbə qazanmaq olacaq. Biz heç də pis oynamırıq. Sadəcə, qələbə qazana bilmirik. Artıq xal ehtiyatımızı yaxşılaşdırmaq zamanıdır.

- Bu oyun sizin üçün yenə xüsusi əhəmiyyət kəsb edəcək?
- "Neftçi"dən normal ayrılmışam. Ona görə də hər şey qaydasındadır. Nəinki "Neftçi"yə, ümumiyyətlə, hər bir rəqibə uduzmaq üzücüdür. Fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik. Buna görə də "Neftçi" üzərində qələbə qazanmaq lazımdır.

- Sizin "Neftçi"yə qayıdacağınız, hətta "Qəbələ"yə keçəcəyiniz də iddia olunur...
- Heç kimdən belə bir təklif almamışam. Hazırda AZAL-dayam və qarşıdakı oyunları düşünürəm.

- Uzun müddətdir yığma komandaya da dəvət almırsınız...
- Yenə də deyirəm ki, hazırda yalnız klubumun oyunlarını düşünürəm. Qarşıda üç vacib oyunmumuz var. Amma təbii ki, yığmaya dəvət etsələr, məmnuniyyətlə gedərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.