13 dekabr 2016 11:00
Beşiktaşın prezidenti: Azərbaycanda özəl bir matçımız olacaq
Türkiyənin "Beşiktaş" klubunun prezidenti Fikrət Orman bəyan edib ki, Azərbaycanda yoldaşlıq matçı təşkil etməyə hazırlaşırlar. Azerisport.az xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlamasında bildirib:
"Belə bir matç keçirməyi çox istəyirik. Təbii ki, əvvəldən hazırlanmış proqramlar var. "Beşiktaş"ın Azərbaycanda özəl bir matçı var. Hələ tarix tam dəqiqləşməyib. O vaxta qədər biz Antalyada olacağıq. "Bursaspor"un prezidenti Ali Ay da klublarımız arasında yoldaşlıq matçı keçirilməsini təklif edib. Artıq tarixi dəqiqləşdirmək üçün danışıqlar gedir. İndi də olmasa, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə dönəmində bu matçı keçirəcəyik. Biz də "Bursaspor"un yeni stadionunda oynamaqdan böyük həzz alarıq".
