İnterlə Qəbələdən qələbə, Qarabağla Neftçidən darmadağın
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, dörd görüşün hamısı eyni gündə baş tutub.
Öncə “Qəbələ” doğma meydanda Premyer Liqanın aşkar autsayderi AZAL-la münasibətlərinə aydınlıq gətirib. Görüşdə hesabı paytaxt təmsilçisi açsa da, meydan sahibləri əzmkar qələbəyə seviniblər.
Paytaxt derbisində “Zirə” “Neftçi”ni qəbul edib. "Ağ-qaralar" indiyə qədər məğlub edə bilmədiyi zirəliləri gözlənilmədən darmadağın edib.
“İnter” isə “Kəpəz”lə qarşılaşmadan inamlı qələbə ilə ayrılıb.
Günün son matçı “Qarabağ” və “Sumqayıt” arasında baş tutub. Ağdam klubu 6 cavabsız qolla qalib gəlməklə cavab qarşılaşmasını tam formallığa çevirib.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları dekabrın 21-də keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
13 dekabr
“Qəbələ” - AZAL - 2:1 (0:1)
Qollar: M.Hüseynpur, 37 (0:1). F.Ozobiç, 61 (1:1). R.Qurbanov, 74 (2:1).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə..
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 7. Nika Kvekveskiri, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 32. Rəşad Eyubov, 21. Roman Hüseynov, 90. Ramil Hasanov.
Baş məşqçi: Roman Qriqorçuk.
AZAL: 23. Aqil Məmmədov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 18. Ruslan Əmircanov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 21. David Canelidze, 77. Adan Koronado, 88. Mirzağa Hüseynpur.
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 19. Elnur Süleymanov, 9. Röyal Nəcəfov, 16. Aşkan Feyzi, 36. Renat Aşurov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Zirə” - “Neftçi” - 0:3 (0:1)
Qollar: J.Pesalli, 44 (0:1). J.Pesalli, 58-pen. (0:2). J.Pesalli, 63-pen. (0:3).
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov.
Zirə İdman Kompleksinin stadionu.
“Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 92. Cavid Tağıyev, 19. Nurlan Novruzov, 7. Gerhard Proqni.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 20. Sezar Meza Kolli, 21. Murad Səttarlı, 38. İlkin Muradov.
Baş məşqçi: Adil Şükürov.
“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro, 20. Eltun Yaqublu, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev (k), 19. Fəhmin Muradbəyli, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 80. Edson Kastilyo, 90. Jonas Pesalli, 13. Murad Ağayev.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 23. Tərzin Cahangirov, 5. Anton Krivotsyuk, 26. Kamal Qurbanov, 49. İbrahim Əliyev, 21. Aqşin Qurbanlı, 42. Elvin Sərkərov.
Baş məşqçi: Elxan Abdullayev.
“İnter” - “Kəpəz” - 2:0 (0:0)
Qollar: R.Əliyev, 58 (1:0). N.Hacıyev, 61 (2:0).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.
Bakı. “İnter Arena”.
“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 3. Denis Silva, 15. Ruslan Abışov, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad, 98. Qara Qarayev.
Baş məşqçi: Zaur Svanadze.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 36. Renan Silva, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 7. Vüqar Bəybalayev, 5. Kərim Diniyev, 17. Nicat Qurbanov, 77. Serjinyo, 19. Orxan Əliyev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 9. Tural Qürbətov, 80. Tural Rzayev, 21. Novruz Məmmədov, 6. Ceyhun Cavadov, 8. Elcan Rəhimov.
Baş məşqçi: Şahin Diniyev.
“Qarabağ” - “Sumqayıt” - 6:0 (3:0)
Qollar: R.Almeyda, 25-pen. (1:0). D.Ndlovu, 34-pen. (2:0). C.Diniyev, 40 (3:0). M.Mədətov, 64 (4:0). N.Ələsgərov, 67 (5:0). M.Mədətov, 78 (6:0).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov.
Bakı. “Azersun Arena”.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 17. Vaquf Güləliyev, 21. Nasir Abilayev, 42. Kamran Abdullazadə.
Məşqçi: Seymur Rəhimov.
