13 dekabr 2016 01:00
Rəşad Sadıqov qiymətini gözləyir
"Qarabağ"ın kapitanı və 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov AFFA-nın təşkil etdiyi məşqçilik kurslarına qatılıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun kapitanı "A" kateqoriyası almaq üçün seminarlarda iştirak edib.
Kurs artıq başa çatıb, imtahanlar verilib və yekun nəticələrin 2-3 həftə ərzində açıqlanması gözlənilir.
