13 dekabr 2016 00:30
Roman Qriqorçuk: AZAL səddini keçmək asan olmayacaq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi bu mərhələdə iki oyun gözləyir. Asan olmayacaq. Hədəfimiz AZAL-ı keçməkdir. Avropa Liqasından sonrakı ilk oyunumuza çıxacağıq. İstəyirik ki, bu turnirə problemsiz uyğunlaşaq. Hətta ən ciddi komanda üçün də turnir dəyişmək çətin olur. Bu səddi aşmaq üçün futbolçularla daha çox çalışmağımız lazımdır".
