12 dekabr 2016 20:00
Vüqar Nadirov: Sumqayıtla oyun asan olmayacaq
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, İtaliya "Fiorentina"sı ilə uğursuz Avroliqa qarşılaşmasından da söz açıb:
"Fiorentina" ilə oyunda komandamız qələbə qazanmağa çalışdı. İtaliyalılara qalib gələcəyimizə, istəyimizə çatacağımıza əmin idik. Təəssüf ki, alınmadı. Görünür, qismət deyilmiş. Artıq bu oyun geridə qalıb. İrəliyə baxmaq lazımdır. Hazırda bütün diqqətimiz ölkə kubokuna yönəlin. Sabah bizi "Sumqayıt"la ağır oyun gözləyir. Ciddi hazırlaşırıq. Yaxşı nəticəyə nail olmaq istəyirik. Amma asan olmayacaq".
