12 dekabr 2016 17:30
Azərbaycanlı hakimlər Antalyaya gedir
Azərbaycanlı hakimlərin qış fasiləsi zamanı Türkiyədə təlim-məşq toplanışı planlaşdırılır. Azerisport.az saytına açıqlamasında bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib.
Onun sözlərinə görə, hakimlərimiz yanvarın 11-dən 26-dək Antalyada hazırlıq keçməlidirlər. Qonşu ölkəyə təxminən 30-32 hakimin aparılması nəzərdə tutulub.
