12 dekabr 2016 17:15
Qarabağ və Qəbələnin rəqibləri 1/16 finalda kimlərlə qarşılaşacaq?
"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində mübarizə apardığı klubların 1/16 finaldakı rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun qrupundan birinci yerlə çıxan İtaliya "Fiorentina"sı Münhenqladbax "Borussiya"sına (Almaniya) rəqib olub. Bu qrupdan ikinci yerlə çıxan Yunanıstan PAOK-u isə Almaniyanın digər klubu "Şalke" ilə düşüb.
"Qəbələ"nin qrupundan birinci yerlə çıxan Fransa "Sent-Etyen"i İngiltərənin "Mançester Yunayted" klubu ilə mübarizə aparmalı olacaq. Belçika "Anderlext"inə isə Rusiya "Zenit"i rəqib olub.
