12 dekabr 2016 17:00

Neftçinin Tibbi-Bərpa Mərkəzinin məlumatı

“Neftçi”nin “Tibbi-Bərpa Mərkəzi”nin zədəli futbolçularla bağlı növbəti məlumatı açıqlanıb. Azerisport.az xəbər verir ki, məlumatda bunlar qeyd olunub:

Cavid İmamverdiyev sağ ayaq baldırından müalicəsini davam etdirir. Yarımmüdafiəçi dekabrın 11-də fərdi məşqlərə başlasa da, onun Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” klubu ilə ilk oyununu buraxacağı gözlənilir. İmamverdiyev Topaz Premyer Liqasının AZAL-la oyununa qədər hazır olacaq.

Topuğundakı zədəsini müalicə etdirən yarımmüdafiəçi Mahir Şükürov da “Zirə” ilə ilk oyunu buraxacaq. O, AZAL-la oyuna qədər hazır olmalıdır.

“Zirə” ilə oyunu buraxacaq futbolçuların siyahısında Araz Abdullayevin də adı var. Komandanın kapitanı sağ ayaq baldırından müalicə olunur. O, AZAL-la oyuna hazırlığı davam etdirəcək.

Sol ayaq baldırındakı zədədən müalicə olunmuş futbolçu Jonas Pessalli “Zirə” ilə oyuna hazırlaşır.

Məqsəd İsayev sol ayaq baldırındakı zədədən müalicə olunur. Onun “Zirə” ilə oyunda iştirak edib-etməyəcəyi sual altındadır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.