12 dekabr 2016 16:45

Şahin Diniyev: İrəli, özü də daha uzağa getmək istəyirik

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz” dekabrın 13-də “İnter”in qonağı olacaq. Azerisport.az xəbər verir ki, oyun öncəsi Gəncə klubunun baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib:

“Bizim futbolçuların zədədən dönməsi çox vacibdir. Ümid edirdim ki, zədəlilərdən ən azı ikisi qarşıdakı oyun üçün hazır olacaq və belə də oldu. Renan Alves və Azad Kərimovun zədəsi sağalıb, onlar artıq bir neçə gündür ki, komanda ilə birgə məşq edirlər. “Kəpəz” bir futbolçudan, o cümlədən Dario Federikodan asılı komanda deyil. “Neftçi” ilə sonuncu çempionat matçımız bir daha göstərdi ki, meydançaya çıxan oyunçu layiqincə mübarizə aparacaqsa, nəticə də olacaq. Bu gün futbolda fərdlər yox, kollektiv qalib gəlir.

Ustalıqla tək iş aşmır, istək və əzmkarlıq da lazımdır. Həvəsi olan komanda qalib gəlir. “İnter”lə cari çempionatda iki dəfə heç-heçə oynamışıq. Şanslar bərabərdir, həm rəqib, həm də biz kubokda israrlıyıq, irəli, özü də daha uzağa getmək istəyirik. Avropa Liqasına vəsiqə qazanmağın ən yaxın yolu budur. “Kəpəz” olaraq son şansımıza qədər mübarizə aparacağıq. Mənə elə gəlir ki, bu cütün oyunları yarımfinala yox, finala yaxın matçlar olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.