12 dekabr 2016 16:30
Amil Yunanov: Qarabağa yenə qol vurmağa çalışacağam
"Sumqayıt"ın hücumçusu Amil Yunanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"a qarşı uğurlu çıxış etməyə çalışacağıq. Qalib gəlmək istəyirik. Kubok oyununda itiriləsi heç nə olmur. "Qarabağ" güclü rəqibdir. Amma yarımfinala yüksəlmək istəyirik. Ağdam klubunun Avroliqadakı çıxışının onlara pis təsir edəcəyini düşünmürəm. Orada peşəkarlar oynayır. Onlar komandadakı ab-havanı yaxşılaşdırmaq üçün bizə qalib gəlməyə çalışaaqlar. Ötən mövsüm "Qarabağ"a qol vurmuşdum. Baş məşqçi şans versə, yenə də qol vurmağa çalışacağam".
