12 dekabr 2016 14:10
Neftçidə ciddi problem
"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirəcəyi ilk oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Elxan Abdullayev bu matç öncəsi heyətlə bağlı ciddi problemlərlə üzləşib.
Belə ki, uzun müddətdi zədəli olan Elşən Abdullayevə Cavid İmamverdiyev, Mahir Şükürov və Araz Abdullayev də qoşulub. Jonas Pesalli və Məqsəd İsayevin də qarşıdakı oyunda iştirakı sual altındadır.
Qeyd edək ki, "Zirə" - "Neftçi" matçı sabah saat 17:00-da start götürəcək.
