12 dekabr 2016 13:00
Ramil Şeydayev qışda Trabzonsporu tərk edə bilər
Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev bu qış Türkiyənin "Trabzonspor" klubunu tərk edə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Trabzon klubu qış fasiləsi zamanı İngiltərənin "Aston Villa" klubunun çexiyalı forvardı Libor Kozakı heyətə qatacaq. Bu üzdən də Şeydayevin hansısa kluba icarəyə göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, "Trabzonspor"a yayda keçən Şeydayev indiyə qədər cəmi 3 rəsmi oyunda meydanda olub və 1 qol vurub.
