12 dekabr 2016 12:20

Zaur Svanadze: Bu heyətlə uğur qazana bilərik, amma kimsə getsə, böyük problem olacaq

"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Qarşıdakı oyunda şanslarınızı necə qiymətləndirə bilərsiniz?
- Çətin olacaq. Bizi bu rəqiblə iki ağır matç gözləyir. Kubokda artıq ən güclülər qalıb. Hər bir komanda finala çıxmağı hədəfləyib. İlk oyun öz meydanımızdadır və mütləq qələbə qazanmalıyıq. Qol buraxmamaq da vacibdir.

- Heyətlə bağlı itki var?
- Heç kimin zədəsi yoxdur. Yalnız Abbas Hüseynovla Mirsahib Abbasov xəstələnib. Böyük ehtimalla, onlar bizə kömək edə bilməyəcəklər.

- "İnter" hazırda Premyer Liqada 3-cüdür, Avroliqaya vəsiqə qazana bilərsiniz. Amma qarşıdakı iki transfer dönəmində heyətə heç bir oyunçu qata bilməyəcəksiz. Belə bir vəziyyətdə baş məşqçi özünü necə hiss edir?
- Bu, bir tərəfdən yaxşıdır. Çünki avrokuboklara vəsiqə qazansaq, yeni futbolçu gətirməyə, oyun sxemində nələrisə dəyişməyə ehtiyac olmayacaq. Xeyli müddət bir yerdə oynamış heyətə malik olacağıq. Bu heyətlə uğur qazana bilərik. Amma digər tərəfdən təbii ki, belə bir qadağanın olması pisdir. Kimsə getsə, onun yerini doldura bilməyəcəyik. Belə olan halda böyük problem yaşaya bilərik.

- Heyətdəki futbolçuları saxlamağı bacaracaqsız?
- Müqaviləsi olan futbolçu necə gedə bilər? Bu, qeyri-peşəkarlıqdır. Müqaviləsi olan futbolçu oynamalıdır. Ümid edirəm ki, belə bir hal yaşanmayacaq.

- Futbolçu getməyə qərar verəndə, onu saxlamaq çətin olur. Rəhbərlik o oyunçuları heyətdə saxlamaq üçün maaşlarını artıra bilərmi?
- İndi bu barədə heç nə deyə bilmərəm. Çünki belə bir söhbət olmayıb. Ümid edirəm ki, hər bir futbolçu öz müqaviləsinə əmək edəcək.

- Amma Ruslan Abışovun qışda "Neftçi"yə keçəcəyi barədə xəbərlər dolaşır...
- Mənə bu barədə heç kim bir söz deməyib. Ümid edirəm ki, Abışov da müqaviləsinə uyğun davranacaq. Futbolçularımız gözəl başa düşürlər ki, belə bir məqamda getməklə bizi çox pis vəziyyətdə qoyacaqlar. Ona görə də biz bu heyəti növbəti mövsüm üçün də saxlamaq istəyirik. Baxmayaraq ki, əksər futbolçuların müqavilə müddəti bu mövsümün sonuna kimidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.