12 dekabr 2016 12:00
Kubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Müstəqil Azərbaycan futbolunun beynəlxalq dərəcəli ilk hakimlərindən olmuş Xalid Ağayev bir neçə gün öncə dünyasını dəyişib. Azerisport.az xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşlərindən öncə 1 dəqiqəlik sükut elan olunacaq.
Bu barədə Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilir.
Allah rəhmət eləsin!
