Azərbaycan kuboku: 1/4 final rəqəmlərin gözü ilə
Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk qarşılaşmaları keçiriləcək. Azerisport.az xəbər verir ki, bir gün ərzində 4 matç baş tutacaq.
Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin ölkə kubokundakı əvvəlki oyunlarının balansını təqdim edir. Bu 4 cütdən yalnız ikisi əvvəllər də qarşılaşıb.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
13 dekabr (çərşənbə axşamı)
“Zirə” – “Neftçi” – indiyədək görüşməyiblər
“İnter” - “Kəpəz” - indiyədək görüşməyiblər
“Qarabağ” – “Sumqayıt” – 3 oyun, +3=0-0, top fərqi 9-1
İndiyədək iki dəfə yolları kəsişən komandalar bu duellər çərçivəsində 3 dəfə üz-üzə gəlib. Bütün oyunlarda qalib gələn “Qarabağ” rəqibini mübarizədən kənarlaşdırıb. Ağdmlılar ev matçlarında qol da buraxmayıb.
2011/12
1/8 final
Qarabağ (Ağdam) - Sumqayıt Şəhər - 3:0
2015/16
1/4 final
Qarabağ (Ağdam) - Sumqayıt - 2:0, 4:1
“Qəbələ” – AZAL – 4 oyun, +2=1-1, top fərqi 3-3
Rəqiblərin əvvəlki iki duelində 4 qarşılaşma baş tutub. İlk oyunun meydan sahibi olan tərəf sonda mərhələ adlayıb. Hər komandanın 1 dəfə mərhələ keçdiyi cütlərdə belə tendensiya var ki, ilk oyunda 2 qol vurulur, cavab matçında qəbələlilər 1:0 hesabı ilə qələbə qazanır.
2008/09
1/4 final
Qəbələ - Olimpik (Bakı) - 1:1, 1:0
2009/10
1/8 final
Olimpik-Şüvəlan (Bakı) - Qəbələ - 2:0, 0:1
