12 dekabr 2016 10:30

Qəbələnin Avroliqada 3-cü sınağı: 21 futbolçu, 5 qələbə, 20 qol

Avrokuboklarda 2016/17 mövsümünün ilk yarısı başa çatdı. Azerisport.az xəbər verir ki, ardıcıl 3-cü dəfə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qəbələ” çıxışını dayandırdı.

Ötən mövsüm olduğu kimi, qrup mərhələsinədək irəliləyən “qırmızı-qaralar”ın qitə miqyaslı turnirdəki mübarizəsi 162 gün sürdü. İyunun 30-da ilk matçına çıxan komanda dekabrın 8-də keçirdiyi görüşlə mövsümü yekunlaşdırdı. “Qəbələ”nin avrokuboklardakı 3-cü sınağı bir sıra rekordlar və maraqlı məqamlarla əlamətdar oldu:

- “Qəbələ” mövsümdə 14 oyun keçirib. Bu, Azərbaycan klubları üçün rekordun təkrarıdır. “Qırmızı-qaralar” ötən mövsümdə müəyyənləşdirdiyi rekordu təkrarlayıb.
- Komanda 14 oyundan 5-də qələbə qazanıb. Bu, Azərbaycan klublarının rekordunun təkrarıdır.
- “Qırmızı-qaralar” digər qarşılaşmalarda 1 heç-heçə edib və 8 dəfə məğlub olub.
- “Qəbələ” bu nəticələrlə UEFA reytinqinə 1,375 xal qazandırıb.
- Komanda 14 oyunda 20 qol vurmaqla Azərbaycan klublarının mütləq rekordunu müəyyənləşdirib. “Qəbələ”nin orta məhsuldarlığı 1,43-ə bərabər olub.
- “Qırmızı-qaralar” bu matçlarda 21 top buraxıb.
- Dmitri Bezotosnı 14 matçdan ikisində qapısını toxunulmaz saxlayıb. “Qəbələ” isə 14 qarşılaşmadan 11-də qol sevinci yaşayıb.
- Təsnifat mərhələsində keçirdiyi 8 oyunda 5 qələbə qazanan “Qəbələ” 1 heç-heçə edib və 2 dəfə məğlub olub. Komanda bu görüşlərdə 15 top vurub, 7-ni buraxıb.
- Azərbaycan futbolu tarixinə bir mövsümə 4 mərhələ adlayan yeganə klub kimi düşən “qırmızı-qaralar” ötən il qeydə alınan bu rekordunu təkrarlayıb.
- “Qəbələ” UEFA Avropa Liqasının tarixində ilk komanda olub ki, ardıcıl 2 dəfə 4 mərhələ adlamaqla qrupa düşüb.
- Fransanın “Lill” klubunu Bakıda 1:0 hesabı ilə məğlub edən “Qəbələ” “Böyük beşlik” çempionatlarının komandasını məğlub edən ilk və yeganə Azərbaycan klubudur. Komanda həmin rəqibi iki matçın cəmində (1:1, 1:0) üstələməklə “Böyük beşlik” klubunu mübarizədən kənarlaşdıran yeganə Azərbaycan təmsilçisi kimi də tarixə düşüb.
- Qrup mərhələsində keçirdiyi bütün oyunlarda uduzan “Qəbələ” 6 məğlubiyyət almasına baxmayaraq, Azərbaycan klubları üçün 2-ci məhsuldarlığa nail olub. Komanda 5 qol vurub, 14-nü buraxıb.
- “Qəbələ”nin oyunlarında cəmi 1 böyükhesablı nəticə qeydə alınıb. “Qırmızı-qaralar” “Samtredia”nı 5:1 hesabı ilə məğlub edib.
- "Qəbələ" futbolçuları 1 het-trikə imza atıb. “Samtredia” ilə görüşdə Teo Uiks 3 dəfə fərqlənib.
- Yeganə dubl “Maribor”la matçda fərqlənən Baqali Dabonun hesabındadır.
- Öz meydanında keçirdiyi 7 oyunda 4 qələbə qazanan “Qəbələ” 3 dəfə məğlub olub. Rəqib qapılarına 15 top vuran komanda qapısından 10 top buraxıb.
- Evdə keçirdiyi bütün ev oyunlarında qol vuran Azərbaycan klubları arasında öz meydanında ardıcıl 7 matç rəqib qapısına yol tapan ilk klub kimi rekorda imza atıb.
- Rəqiblərini 6 dəfə “Bakcell Arena”, 1 dəfə “Dalğa Arena”da qəbul edən komandanın oyunlarını ümumilikdə 43273 tamaşaçı izləyib. Orta seyrçi sayı 6182-yə bərabər olub.
- 7 səfər oyununda 1 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” 5 dəfə məğlub olub. 5 qol vuran futbolçular 11 top buraxıb.

Bütün oyunlar
2016/17 mövsümü
UEFA Avropa Liqası

1-ci təsnifat mərhələsi

30 iyun. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1
Qollar: Voyislav Stankoviç, 16, Sergey Zenyov, 19, Teo Uiks, 30, 69, 72 // Laşa Serqelaşvili, 59
7 iyul. “Samtredia” (Gürcüstan) – “Qəbələ” – 2:1
Qollar: Budu Zivzivadze, 14 (pen.), Laşa Şerqelaşvili, 90+2 // Teo Uiks, 42

2-ci təsnifat mərhələsi

14 iyul. MTK (Macarıstan) – “Qəbələ” – 1:2
Qollar: Şandor Torqelle, 70 // Nika Kvekveskiri, 25, Filip Ozobiç, 63
21 iyul. “Qəbələ” – MTK (Macarıstan) – 2:0
Qollar: Sergey Zenyov, 7, Teo Uiks, 37

3-cü təsnifat mərhələsi
28 iyul. “Lill” (Fransa) – “Qəbələ” – 1:1
Qollar: Rayan Mendeş, 47 // Vitali Vernidub, 13
4 avqust. “Qəbələ” – “Lill” (Fransa) – 1:0
Qol: Filip Ozobiç, 34

Pley-off mərhələsi
18 avqust. “Qəbələ” – “Maribor” (Sloveniya) – 3:1
Qollar: Sergey Zenyov, 37, Baqali Dabo, 50, 52 // Markos Tavares, 17
25 avqust. “Maribor” (Sloveniya) – “Qəbələ” – 1:0
Qol: Markos Tavares, 66

Qrup mərhələsi
15 sentyabr. “Anderlext” (Belçika) – “Qəbələ” – 3:1
Qollar: Lukaş Teodorçik, 14, Rafael Santos, 41-öz qapısına, Dieqo Kapel, 77 // Baqali Dabo, 20
29 sentyabr. “Qəbələ” – “Maynts” (Almaniya) – 2:3
Qollar: Ruslan Qurbanov, 57-pen., Sergey Zenyov, 62 // Yoşinori Muto, 41, Con Kordoba, 68, Levin Öztunalı, 78
20 oktyabr. “Sent-Etyen” (Fransa) – “Qəbələ” – 1:0
Qol: Rikardinyo, 70-öz qapısına
3 noyabr. “Qəbələ” – “Sent-Etyen” (Fransa) – 1:2
Qollar: Ruslan Qurbanov, 39 // Usama Tannan, 45+1, Robert Beriç, 53
24 noyabr. “Qəbələ” – “Anderlext” (Belçika) – 1:3
Qollar: Rikardinyo, 15 (pen.) - Tilemans, 11, Massimo Bruno, 90, Lukaş Teodorçik, 90+4
8 dekabr. “Maynts” (Almaniya) – “Qəbələ” – 2:0
Qollar: Pablo De Blasis, 30, Aleksander Hak, 40

- Bu oyunlarda “Qəbələ”nin formasını 21 futbolçu geyinib.
- 4 futbolçu – Dmitri Bezotosnı, Rikardinyo, Filip Ozobiç və Vitali Vernidub bütün oyunlarda iştirak edib.
- Dmitri Bezotosnı və Rikardinyo 14 matçı əvəzolunmadan keçirib. Onlar Azərbaycan futbolu tarixinə bir mövsümdə avrokuboklarda ən çox dəqiqə (1260) keçirən oyunçular kimi düşüb.
- “Qəbələ”nin yerinə yetirdiyi 3 penaltidən 2-si qolla nəticələnib. Rikardinyo 2 zərbədən birini, Ruslan Qurbanov isə yeganə şansını qola çevirib.
- Dmitri Bezotosnının qapısına təyin olunan 2 zərbədən biri dəqiq olub.
- “Qəbələ”nin heyətində 9 futbolçu qol sevinci yaşayıb. Teo Uiks 5, Sergey Zenyov 4, Baqalo Dabo 3 , Ruslan Qurbanovla Filip Ozobiç hərəyə 2, Rikardinyo, Vitali Vernidub, Voyislav Stankoviç və Nika Kvekveskiri hərəyə 1 dəfə fərqlənib.
- Komandanın ən yaxşı bombardiri Teo Uiks 5 qol vurmaqla Azərbaycan klublarının futbolçularının bir mövsüm üçün məhsuldarlıq rekordunu təkrarlayıb.
- “Qəbələ”nin 10 futbolçusu ümumilikdə 20 sarı vərəqə ilə cəzalanıb. Vitali Vernudub hamıdan çox – 4 dəfə xəbərdarlıq alıb.
- Komandanın üzvləri 2 qırmızı vərəqə alıb. Teo Uiks birbaşa qırmızı, Rəşad Eyyubov 2-ci sarı vərəqə üzündən meydandan kənarlaşdırılıb.
- “Qəbələ”nin oyunlarında 2 avtoqol qeydə alınıb. Rafael Santos və Rikardinyo öz qapısına qol vurub.

Bütün futbolçular
futbolçular                 oyun   dəqiqə   qol    sarı   qırmızı
Dmitri Bezotosnı        14       1260   -21    0           0
Rikardinyo                  14       1260    1      1           0
Filip Ozobiç                 14       1199    2      3           0
Vitali Vernidub           14       1179     1     4            0
Vojislav Stankoviç      13       1154    1      3           0
Sergey Zenyov           13       1084     4      2           0
Teo Uiks                      12       1050    5      0           1
Asif Məmmədov          12        396     0      3           0     
Baqali Dabo                11        933     3      0           0     
Nika Kvekveskiri        11        895     1      1           0     
Məhəmməd Mirzəbəyov10     900     0      1           0
Rəşad Sadiqov            10        819     0      0           0
Rafael Santos             8          511     0      0           0
Rəşad Eyyubov           8          181     0      0           1
Ruslan Qurbanov        6          389     2      1           0
Ürfan Abbasov            5          450     0      0           0
Elvin Camalov             5          41       0      0           0
Petar Franyiç              4          75       0      0           0
Tellur Mütəllimov       2          45       0      1            0
Roman Hüseynov       1          13       0      0            0
Qismət Alıyev             1           4        0      0            0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.