12 dekabr 2016 01:30

Milan Antiç: Qəbələnin çıxışını uğurlu hesab edirəm

"Qəbələ"nin sabiq müdafiəçisi Milan Antiç komandanın Avropa Liqasının qrup mərhələsindəki çıxışını şərh edib. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Bütövlükdə götürsək, bu avrokubok mövsümü "Qəbələ" və Azərbaycan futbolu üçün pis alınmadı. Ardıcıl ikinci il Avroliqanın qrup mərhələsində oynamaq asan iş deyil. Düzdür, komanda altı oyunun hamısında uduzdu. Amma burada problem başqadır. Milli çempionatda güclü rəqabət yoxdursa, Avropada da uğur qazanmaq çətindir. Bu problem Serbiya futbolunda da var".

Serbiyalı futbolçunun sözlərinə görə, Premyer Liqanın daha güclü olması üçün bütün klubların səy göstərməsi lazımdır: "Yalnız belə olan halda çempionatı daha da güclü etmək olar. Serbiyada da gənc futbolçulara daha çox üstünlük verilməkdədir və bu üzdən də rəqabət çox zəifdir. Məhz buna görə klublarımız Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqda da çətinlik çəkirlər".

"Qəbələ"nin ardıcıl ikinci il Avroliqada oynaması da uğurdur. Daha ciddi nəticələr üçün isə, çempionat daha güclü olmalıdır. Ola bilər ki, bu, kimlər üçünsə normal görünür, amma mənə elə gəlir ki, bütün təsnifat mərhələlərini uğurla adlayıb, qrup mərhələsinə vəsiqə qazanmaq çox çətindir. Klub rəhbərliyi hansı mövqeləri gücləndirmək lazım olduğuna diqqət yetirməlidirlər. Heyəti gücləndirmək növbəti mövsüm yenə qrup mərhələsinə çıxa bilərlər".

Antiç ardıcıl altı məğlubiyyətə görə çox üzülməyə ehtiyac olmadığıın bildirib: "Qəbələ" 2005-ci ildən böyük futboldadır. Belə qısa müddət ərzində indi "Anderlext", "Maynts", "Sent-Etyen" kimi adlı-sanlı rəqiblərlə qarşıaşır. Bu komandalrın hamısı güclüdür, onların mübarizə apardığı çempionatlar Azərbaycan çempionatı ilə müqayisə oluna bilməz. Ona görə də "Qəbələ"nin Avroliqadakı çıxışını uğurlu hesab edirəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.