12 dekabr 2016 00:20
Paşayev oynadı, komandası yenə uduzdu
Futbol üzrə Ukrayna çempionatında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Zarya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:2.
Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub və 7-ci dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, "Stal" 18 turdan sonra 14 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.
