12 dekabr 2016 00:10
Ufuk Budak oynadı, komandası yenə uduzdu
Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Konyaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Start heyətdə meydana çıxan Ufuk 90 dəqiqə meydanda olub və 19-cu dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, "Kayserispor" 14 turdan sonra 9 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
