11 dekabr 2016 21:00
Eddi oynadı, komandası qalib gəldi
Futbol üzrə İspaniya ikinci liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Kordoba" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 3:1.
İsrafilov start heyətdə başladığı bu görüşün 55-ci dəqiqəsində sarı vərəqə alıb, 57-ci dəqiqədə isə əvəzlənib. Eddi meydandan çıxarkən məğlub durumda olan komandası qalan dəqiqələrdə 3 qol vuraraq, əzmkar qələbəyə sevinib.
"Kadis" 18 turdan sonra 27 xalla 22 klub arasında 4-cü pillədə qərarlaşıb.
