11 dekabr 2016 20:30
Cəfərov oynadı, komandası uduzdu
Futbol üzrə Xorvatiya ikinci liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Rudeş"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Elnur bu matçın 87-ci dəqiqəsinə meydaba buraxılıb.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 28 xalla 12 klub arasında 6-cı pillədə qərarlaşıb.
