11 dekabr 2016 14:00

Ağasəlim Mircavadov: Qarabağa hücumçu lazımdır

AFFA Məşqçilər Şurasının üzvü Ağasəlim Mircavadov "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Hər iki komandamız normal çıxış etdi. "Qəbələ" qrup mərhələsində xal qazana bilməsə də, təsnifat mərhələsində parlaq oyunu ilə yadda qaldı. Düzdü, məhz buna görə onlardan qrup mərhələsində də gözləntilər böyük idi. Amma görünür nəsə çatmadı. Roman Qriqorçuk bunu hər kəsdən daha yaxşı bilər. Hər halda "Qəbələ"nin ardıcıl iki ildir qrup mərhələsində oynaması böyük uğurdur, bu, klubun imici üçün də müsbət məqamdır. Şəxsən məni qane etməyən yeganə məqam yerli futbolçuların meydana çox az çıxması oldu. Çempionat oyunlarında tez-tez gənclərə, yerli futbolçulara şans verilsə də, bu, limitə görədir. Amma Avroliqada belə deyildi. Bu, sadəcə, mənim fikrimdir, qərarı isə baş məşqçi verir.

"Qarabağ"a gəlincə, yenə qrupdan çıxmaq məsələsini son tura saxladı. Hesab edirəm ki, biz klublarımızın avrokuboklarda daha böyük uğur qazanmasını istəyiriksə, ilk növbədə çempionatımızda gərginliyi artırmalıyıq. "Qarabağ" il ərzində cəmi 5-6 ciddi oyun keçirirsə, bu, çox azdır. Həmçinin, komandaya hücumçu lazımdır. Bunu məşqçilər korpusu da gözəl bilir. Əlbəttə, hər futbolçunu buraya gətirmək də asan deyil. İstənilən halda, Ağdam klubu sağ olsun ki, bu mövsüm də belə güclü komandaları Bakıya gətirdi".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.