11 dekabr 2016 11:30

Ansi Aqolli: Pley-offa çıxmaq üçün çox güc sərf etsək də...

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sına qarşı keçirdikləri oyundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Çətin oyun olacağını hamımız yaxşı dərk edirdik. Yaxşı oyun sərgiləməyə çalışdıq, meydanda var gücümüzü qoyduq. Təəssüf ki, uğur qazanmaq mümkün olmadı. Əsas odur ki, xarakter göstərməyi bacardıq. "Fiorentina"ya qarşı son saniyəyə kimi mübarizə apardıq.

- Qarlı havada oynamaq çətinlik yaratmırdı?
- Hava şəraitinə görə şikayətlənməyə dəyməz. Çünki rəqib də eyni şərtlər altında oynayırdı. Tribunadakı atmosfer də gözəl idi. Azarkeşlərimizi sevindirməyi çox istəyirdik.

- Dino Ndlovu ilk yarıda hesabı açsaydı, hər şey tam fərqli ola bilərdimi?
- Dino həmin epizodda fərqlənsəydi, oyunun sonrakı dəqiqələrinin necə keçəcəyini heç kim deyə bilməz. Amma istənilən halda biz əlimizdən gələni etdik ki, yaxşı nəticə qazanaq.

- Reynaldo hesabı bərabərləşdirəndən sonra hamı sizdən ikinci qolu gözlədiyi anda dərhal qapınızdan top buraxdınız...
- "Fiorentina" hətta ən kiçik səhvdən də yararlanmağı bacaran komandadır. Əslində, İtaliya klubunun elə də çox qol şansı olmadı. Sadəcə, əlinə düşən iki şansdan maksimum yararlandı.

- Yəqin ki, iki oyunda məğlub etdiyiniz PAOK-un sizi qabaqlayıb pley-offa çıxması sizin üçün üzücü oldu...
- Futbol belədir. Nə etmək olar... Kimin daha çox xalı varsa, o da qazanır. Bu mövsüm əvvəlkilərlə müqayisədə daha çox xal toplamağı bacardıq. Amma bu, mərhələ adlamağımıza yetmədi. Biz əslində buna məyusuq. Çünki pley-offa çıxmağı çox istəyirdik, bunun üçün çox güc sərf etdik. Azarkeşlərimizi də hər zaman sevindirmək istəyirik.

- Belə oyundan sonra daxili yarışlara köklənmək çətin olmayacaq?
- Artıq ölkə birinciliyinə köklənməyin zamanıdır. Çünki bizi həm çempionatda, həm də ölkə kubokunda vacib oyunlar gözləyir. Arzuladığımız nəticələrə nail olmaq üçün tam hazır olmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.