11 dekabr 2016 02:25
Eminlə Kamran oynadı, Boavişta uduzdu
Futbol üzrə Portuqaliya çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Kamran Ağayevlə Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Vitoriya Gimaraynş"la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Kamran yenə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Emin isə 70-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, "Boavişta" hazırda 13 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
