11 dekabr 2016 00:30
Məsimovsuz Domjale lideri məğlub etdi
Futbol üzrə Sloveniya çempionatında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda lider "Maribor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.
Samirin adı əvvəlki 20 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 21 turdan sonra 39 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.
