10 dekabr 2016 23:00
Budaq Nəsirov oynadı, Sportinq uduzdu
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Porto"nun ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Matça start heyətdə başlayan Nəsirov yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 24 xalla 22 komanda arasında 9-cu pillədə qərarlaşıb.
