10 dekabr 2016 22:00
Dəniz Yılmaz oynadı, komandası Beşiktaşa uduzdu
Futbol üzrə Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu səfərdə "Beşiktaş"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
D.Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Bursaspor" hazırda 24 xalla 18 klub arasında 5-ci pillədə qərarlaşıb.
