10 dekabr 2016 14:30

Yunis Hüseynov: Seçim üç məşqçi arasında aparılmalıdır

Azərbaycanlı məşqçi Yunis Hüseynovun azerisport.az saytına müsahibəsi

- Kiyevdə Pro kateqoriyası ilə bağlı məşqçilik kursuna qatılmışdınız. Seminar necə keçdi?
- Hər şey yüksək səviyyədə idi. Kifayət qədər tanınmış mütəxəssislər var idi. Mixayliçenko, Protasov, Yakovenko və digər keçmiş ukraynalı futbolçular oradaydı. Demyanenko ilə Konkov da kurslarda iştirak edirdilər. Bizimlə məhz onlar məşğul olurdu. Yojef Sabo bizə mühazirə oxudu. Seminara Donetsk "Şaxtyor"unun baş məşqçisi Paulo Fonseka da dəvət olunmuşdu. O, bizə komandasının həftəlik məşq prosesi barədə söhbət açdı. Kiyev səfərindən çox şey öyrəndim.

- Demyanenko və Konkovla söhbət etdiniz?
- Hə. Hər ikisi Azərbaycan üçün darıxır. Bunu xüsusi qeyd etdilər. Futbolumuzdan danışdılar. Çoxlu suallar verdilər (gülür). Premyer Liqanın niyə 8 klubla keçirildiyini də soruşdular.

- Hələ də işsiz olmağınız sizi məyus etmir?
- Düzünü desəm, yox. Mən həmişə yeni nələrisə öyrənməyə çalışıram. İşsiz olmağım isə gərginlik yaratmır. Gec-tez hər şey yaxşıya doğru dəyişməlidir.

- Bu yaxınlarda "Xəzər Lənkəran"ın sabiq vitse-prezidenti Tuyqun Nadirov bildirdi ki, klub yenidən bərpa olunacaq. Siz bu barədə nə bilirsiniz?
- Heç nə eşitməmişəm. Amma bu, doğrudusa, ancaq sevinə bilərəm. Regionlarda futbol olmalıdır. Xüsusilə də Lənkəran kimi şəhərdə. Orada insanlar futbola gedirlər. Ölkədə futbolun inkişafı regionlardan başlayır.

- XL yenidən bərpa olunsa, oraya qayıdacaqsınız?
- Bu, məndən asılı deyil. Bunda klub rəhbərliyi maraqlı olmalıdır (gülür).

- "Qarabağ"ın Avropa Liqasının pley-offuna vəsiqə qazana bilməməsi sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Həmin vaxt yolda olduğumdan "Qarabağ"ın oyununa baxa bilmədim. Amma sonra nəticəni öyrənəndə məyus oldum. Şübhəsiz ki, mən də çempionumuzdan daha artığını gözləyirdim. Onları pley-offda görmək istəyirdim. Çətin olacağını bilirdim. Çünki rəqib İtaliya "Fiorentina"sı idi. Amma yenə də yaxşısına ümid edirdim.

- "Qəbələ"nin bütün oyunlarda məğlub olması nə dərəcədə qanunauyğun oldu?
- Onlar belə çıxış etməli deyildilər. "Qəbələ"nin xal toplamağa borclu olduğu oyunlar da var idi. Xüsusilə də ev oyunlarında rəqiblərindən heç də pis oynamadılar. Amma bu mövsüm uğur bu komandanın tərəfində olmadı.

- Sizcə, ilin ən yaxşı məşqçisi Qurban Qurbanov olmalıdır, ya Roman Qriqorçuk?
- Seçim üç məşqçi arasında aparılmalıdır: Qurban Qurbanov, Roman Qriqorçuk və Robert Prosineçki. Onların hər üçü bu il uğurlu nəticələrə imza atıb. Amma real qiymət versək, Qurban Qurbanovun komandasının nəticələri daha yaxşıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.