10 dekabr 2016 13:00
Samir Abasov: Qarabağla kubok oyunlarında şansımız azdır
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"a qarşı keçirəcəkləri oyunlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son üç mövsümdə Azərbaycan Kubokunda "Qarabağ"a rəqib oluruq. Bu, bizi qane edə bilməz. Yəni 1/4 finalda qarşılaşa biləcəyimiz başqa komanda yoxdur? Niyə belə olduğunu bilmirəm. Öncə Birinci Divizion komandası ilə qarşılaşırıq, sonra "Qarabağ"la. Digər tərəfdən bu, ola bilsin ki, yaxşıdır. Çünki belə oyunlar bu turnirdə nəyə qadir olduğumuzu göstərməyə imkan yaradır. Ağdam klubu ilə oyunlarda şansımızın az olduğunu anlayırıq. Amma yenə də uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik".
