10 dekabr 2016 00:20
Qarabağ Avroliqada 32-ci, Qəbələ sonuncu oldu
"Qarabağ" Avropa Liqasının qrup mərhələsini 48 iştirakçı arasında 32-ci pillədə başa vurub. Azerisport.az xəbər verir ki, J qrupunda mübarizə aparan Ağdam klubu 7 xalla 4 klub arasında üçüncü yeri tutdu.
Azərbaycanı Avroliqanın qrup mərhələsində təmsil edən digər komanda - "Qəbələ" isə C qrupunu xalsız başa vurdu. Roman Qriqorçukun yetirmələri 0 xalla 48 iştirakçı arasında ən pis göstəriciyə imza atdı.
