9 dekabr 2016 11:40

Dino Ndlovu: Bu səhvləri gələcəkdə təkrarlamamalıyıq

“Qarabağ”ın hücumçusu Dino Ndlovu Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Fiorentina”ya məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Son tura qədər şansımızı qoruduq. Əlimizdən gələni etdik, lakin səhvlərimiz də oldu. Bu səhvlərdən dərs almış oluruq. Düşünürəm ki, növbəti mövsüm daha yaxşı nəticə göstərə bilərik.

- Dirəyi nişan aldığınız epizoddan sonra bir müddət yerdə qaldınız. Həmin an nə düşünürdünüz?
- Həmin zərbəni vurandan sonra düşünürdüm ki, top qapıya gedəcək. Amma şansızlıq oldu. Ancaq ümumi götürsək, komandamızın oyunlarından, əldə etdiyimiz nəticədən qürur duyuram.

- Qol epizodunun başlanğıcında yıxılıb “Fiorentina”nı azlıqda qoymaq olmazdı? Çünki rəqib futbolçu sizi tutub saxlamağa çalışırdı.
- Məni tutduğunu heç hiss etmədim.

- İkinci yarıda əvəzlənməyiniz sizin üçün gözlənilməz olmadı ki?
- Hər şey normal olsaydı, davam edə bilərdim. Lakin son 15 dəqiqədə belimdə ağırlar vardı. Özümü nə qədər məcbur etsəm də, qaça bilmirdim, alınmırdı.

- Arıq üçüncü mövsümdür "Qarabağ" qrupda qalır. Bu dəfə qrupdan çıxmağa nə mane oldu?
- Onların təcrübəsi bizdən çox idi. Lakin yenə deyirəm, hazırkı mövqeyimizdən qürur duyuram.

- Hər iki oyunda qalib gəldiyiniz PAOK-un mərhələ adlaması üzücü olmadı?
- Digər komandalar haqda danışmaq istəmirəm. Ancaq "Qarabağ"ın oyununu şərh edə bilərəm. Buraxdığımız səhvləri gələcəkdə təkrarlamamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.