9 dekabr 2016 00:30

Əmrah Çəlikəl: Deməli, belə olmalı imiş

“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Fiorentina”ya məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Maraqlı oyun oldu. Qələbəni hamımız çox istəyərdik. Hava şəraitinə baxmayaraq, oyunu çox böyük dəstəklə keçirdik. Möhtəşəm ab-hava vardı. Bizim vurduğumuz qoldan sonra hər nə qədər ümidlənsək də, nəticə ürəyimizcə olmadı.

- Düşünmürsünüz ki, buna səbəb heyətin yetərsizliyidir?
- İki oyunçumuz cəzalı idi. Lakin bu gün futbolçu baxımından problem olmadı. İstədiyimiz transferləri həyata keçirmişik.

- “Fiorentina”ya qarşı Mahir Mədətovun meydana buraxılması nə dərəcədə doğrudur?
- Məncə, bu, Mahir üçün də, Azərbaycan üçün də böyük bir şansdır ki, belə bir təcrübə qazanır.

- Ölkə çempionatında legioner limiti olmasaydı, əlavə əcnəbi futbolçular transfer etmək barədə düşünərdiniz?
- Bu gün transfer haqda düşünmürük. Hamımız çox məyus və üzgünük.

- İkinci dəfədir ki, komanda son anda büdrəyir. Sizcə, həlledici amil nədir?
- Təcrübə çatışmazlığı da var, şansızlıq da oldu. “Slovan”a 0:3 hesabı ilə uduzmaq bizim işimizi çətinə saldı.

- Sona iki tur qalmışadək hər şey bizim lehimizə idi. Bəlkə arxayınlıq oldu?
- Arxayınlıq deməzdim. Çünki komandadadı ab-hava buna imkan vermir. Baş məşqçimiz oyunçuları çox yaxşı hazırlayır. Sadəcə, təcrübə çatmadı.

- “Qarabağ”ın hər iki oyunda məğlub etdiyi PAOK növbəti mərhələyə adladı. Bu ədalətsizlikdir?
- Yox, ədalətsizlik deyil. Deməli, belə olmalı imiş.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.