9 dekabr 2016 00:10

Rəşad Sadıqov: Belə matçlarda bu cür səhvlər bağışlanmır

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sına qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının da suallarını cavablandırıb:

- Oyun barədə nə deyə bilərsiniz?
- Belə oyundan sonra danışmaq çətindir. Əlimizdən gələni etdik. Təəssüf  ki, bu il qapımıza nə gəlirsə, qol olur. Elə qollar buraxdıq ki, belə matçlarda bu cür səhvlər bağışlanmazdır.

- Künc zərbəsi öncəsi hakimə topun sizdən çıxmadığını deyirdiniz?
- Top yüz faiz məndən çıxmamışdı. Amma hakimlikdən danışmaq istəmirəm.

- İlk qolda Şehiç səhvə yol verdi?
- Qolda hər birimizin səhvi var. Gərək, zərbə vurmağa da imkan verməyək. Hamımız birlikdə oynayıb uduzmuşuq. Kiminsə adını çəkmək istəmirəm. Ümumiyyətlə, bu il Avropa Liqasında qapımıza nə gedirsə, qol olur. Məsələn, “Slovana” 0:3 hesabı ilə uduzduğumuz oyunda yadıma gəlmir ki, onların 4-cü şansı oldu, amma vura bilmədilər.  Bakıdakı oyunda da 2 zərbə 2 qol. “Viktoriya” ilə matçda bir zərbə, bir qol. Bilmirəm, qismətdir, yoxsa nəyisə düz etmirik.

- Vesino ilə niyə tez-tez mübahisə edirdiniz?
- Nə dediyimi söyləyə bilmərəm. Həm ona, həm də digər 3-4 nəfərə lazım olanı dedim. 

- Onlar başa düşdülər?
- Fikrimcə, hə. İngilis dilində elə də yaxşı başa düşmürəm. Amma fikrimi izah edə bilirəm.

- İki il əvvəl demişdiniz ki, bu, sizin son şansınızdı. İki il sonra yenə şansınızı əldən verdiniz...
- İki il öncə düşünməzdim ki, bir də belə şey olacaq. Allah bilir bir də necə olacaq. Ola bilər ki, elə ilk təsnifat mərhələsində uduzaq.

- Düşünmürsünüz ki, şansınızı “Slovan”a məğlubiyyətlə itirdiniz?
- Bəli, işimizi çətinə saldıq. Bir epizodu diqqətinizə çatdırmaq istəyirəm. Florensiyadakı oyunda PAOK-un 93-cü dəqiqədə vurduğu qola baxın. Yunan klubunun futbolçusu cərimə zərbəsindən sonra topu əli ilə qabağına atır... Özü də epizodu dünən oyunu analiz edəndə görmüşəm. O qədər bu cür xırda amillər oldu ki, ümumi nəticəyə təsir etdi. Önümüzə baxacağıq. Keçmişlə yaşamaq olmaz. Biz vəsiqəni “Slovan”la oyunda əldən verdik. Bu gün cəhd etdik ki, həmin səhvi düzəldək. Alınmadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.