8 dekabr 2016 22:55

Qurban Qurbanov: Onlar pley-offa çıxmağa daha layiq idilər

Avropa Liqasının qrup mərhələsinin son oyununda evdə “Fiorentina”ya uduzan (1:2) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, Qurbanov oyunla bağlı bunları deyib:

- Oyun barədə fikirləriniz?
- Qələbə qazanmalı idik. Bizim üçün vacib oyun idi. Futbolçuların hər birinə “sağ ol” deyirəm. Məğlub olsaq da, qalib gəlmək üçün çox çalışdıq. “Fiorentina”ya qarşı oynamaq asan deyildi. Futbolçuları topla çox yaxşı davranırlar. Sadə qollar buraxdıq. Amma düşünürəm ki, “Fiorentina”ya qarşı layiqli oyun göstərdik. Bəzən biz də rəqibi topsuz qoyurduq və bu onlara çətinlik yaradırdı. Bu cür havada bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdaram. Sona qədər bizimlə oldular. Onları məyus etmək istəməzdik. Rəqibə də uğurlar arzulayıram. İtaliyanın tam fərqli komandasıdı. Onların oyununa baxmaq hər birimiz üçün maraqlıdı. Mən də Avroliqada “Fiorentina”ya azarkeşlik edib, onların oyununa baxacam.

- Düşünmürsüz ki, artıq rəhbərliklə ciddi danışıb, daha yaxşı transferlər etməlisiz?
- O səviyyəyə gəlib çatmaq üçün çempionatımızın səviyyəsini qaldırmaq lazımdı. Bir komanda ilə iş düzəlmir, gərək bütün komandalarda bu proses getsin. İtaliya və digər Avropa ölkələrinin yüz illərlə təcrübəsi var. Biz bu gün daha yaxşı transferlər etsək də, ondan da yaxşılarını digərləri edir. Amma daha da irəli getmək istəyiriksə, transferlərimizin keyfiyyəti daha yuxarı olmalıdı. Öz oyunçularımdan razı qaldım. Belə oyunlarımızın sayı daha çox olsa, onların təcrübəsi, bacarığı daha keyfiyyətli olacaq. Bugünkü durum belədi ki, şikayətlənməli deyilik. Yenə növbəti mərhələyə çıxmağa şansımız var idi. Görünür, yenə hardasa səhv etmişik, daha diqqətli olmalıydıq.

- Bu, Rəşad Sadıqovun sonuncu oyunu ola bilər?
- Niyə belə hesab edirsiniz ki? Mən elə düşünmürəm.

- Yenə qrupdan çıxa bilməməyiniz çempionatdakı legioner limiti ilə bağlı ola bilərmi?
- Limitdən şikayət etmək düzgün olmaz. Son 3 ildə birində “İnter”ə, indi də “Fiorentina”ya qarşı oynadıq. Desəm ki, limiti dəyişmək lazımdı, elə çıxar ki, sanki mən işimi düz görürəm, başqaları düz görmür, yəni düz çıxmaz. Hər bir ölkə futbolun inkişafı üçün müxtəlif variantlara əl atırlar. Legioner limiti də gənclərimizin inkişafına yönəlib, istər-istəməz hər hansı çatışmazlıqlarımız var. Komandanı, ölkə futbolunu stabil səviyyəyə çatdırmaq üçün komandaların sayını artırmaq lazımdı. Getdikcə oyunçularımızın ustalıq səviyyəsi daha da yaxşılaşmalıdı. Belə baxanda, “Beşiktaş”ın o cür şansı var idi. Amma sonra elə məğlubiyyətlə qrupdan çıxa bilmədilər. Yəni təkcə limitlə bağlı deyil. Mən desəm ki, limitə görə növbəti mərhələyə çıxa bilmədik, yalançı olaram.

- Komandanı çempionata adaptasiya etmək nə qədər çətin olacaq?
- Hər bir futbolçu üçün üzücü olacaq. Bunu paltardəyişmə otağında da gördüm. Onlar həm fiziki olaraq yoruldular, həm də psixoloji zərbə aldılar. Bu bizim işimizdi, çalışacağıq ki, çempionata köklənək.

- Fasilədə PAOK - “Slovan” oyununun nəticə ilə maraqlandızmı?
- Bəli, hesabı bilirdim və bu bizə təsir edirdi. Dünən də demişdim ki, oyunun gedişatında PAOK - “Slovan” matçının nəticəsi ilə maraqlanacağıq.

- PAOK-a 2 oyunda qalib gəlsəniz də, mərhələ adlaya bilmədiniz...
- Biz onları məğlub etmişdik, amma PAOK da layiqli komanda idi. Deməli, bu gün onlar növbəti mərhələyə çıxmağa daha layiq idilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.