8 dekabr 2016 19:30
Tağızadə: Qəbələ səfərdə heç-heçə edə bilər
"Qəbələ"nin sabiq futbolçusu Ruslan Tağızadə bu klubun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniya "Maynts"ı ilə səfər oyunundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" çempionatda uğurlu çıxış edir, avrokuboklarda isə yox. Bu gün Almaniya klubu ilə oyun da çətin olacaq. Özü də matç səfərdə baş tutacaq. "Qəbələ"nin itiriləsi heç nəyi yoxdur. Heç-heçə edə bilər. "Qəbələ" ötən mövsümlə müqayisədə bu dəfə daha yaxşı oynayır. Bir neçə oyunda xal qazanmağa yaxın idi".
