8 dekabr 2016 19:00

Elmar Baxşiyev: Qəbələ üçün Almaniyada heç-heçə də uğurlu nəticə sayılacaq

"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev bu klubun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniya "Maynts"ı ilə səfər oyunundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Məncə, bu gün Roman Qriqorçuk meydana optimal heyət buraxacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Meydan sahiblərinin evdə sabit çıxış etdiyini nəzərə alsaq, "Qəbələ" üçün səfərdə heç-heçə də uğurlu nəticə sayılmalıdır. Bakıdakı oyun göstərdi ki, "Qəbələ" "Maynts"la bərabər səviyyədə mübarizə apara bilər. Ötən mövsümlə müqayisədə komandamız bu il daha keyfiyyətli oyun sərgiləyir. Ev oyunlarında azacıq ustalıq çatışmadı ki, xal və ya xallar qazanaq. "Qəbələ" üçün avrokubok mövsümü bu gün başa çatsa da, çempionatda mübarizə davam edir. Hamı anlayır ki, Premyer Liqada çempionluq mübarizəsi bu klubla "Qarabağ" arasında gedəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.