8 dekabr 2016 18:00

Əfran İsmayılov: Fiorentina ilə oyunda üstünlüyümüz azarkeşlərimizdir

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sı ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "Fiorentina" ilə oyundan nə gözləyirsiniz?
- Matça ciddi hazırlaşmışıq. "Səbail"lə kubok matçından sonra bütün diqqətimiz bu oyuna yönəlib. Komandada hər şey yaxşıdır. Matçın startını gözləyirik. Uğurlu nəticəyə inanırıq.

- Təzyiq var?
- Təzyiq həmişə var. Əsas odur ki, məsuliyyəti, bizi nə gözlədiyini yaxşı dərk edirik. Yaxşı nəticə qazanmaq üçün meydanda var gücümüzü qoymalıyıq.

- Stadionda anşlaq yaşanacağı gözlənilir...
- Mən də bu barədə eşitmişəm. Elə ilk gündəcə 7-8 min biletin satılması böyük uğurdur. Bu, bizi sevindirir. Azarkeşlərimizdən böyük dəstək görürük. Bu baxımdan "Fiorentina" ilə oyunda da üstünlüyümüz olacaq. İtaliya klubu ilə görüşə son oyun sözü ilə baxırıq. Çox məsuliyyətli oyundur.

- "Qarabağ" bu oyunda nəyin sayəsində qələbə qazana bilər?
- Bunu hamıdan yaxşı Qurban Qurbanov bilir. O, artıq taktikanı bizə başa salıb və sadəcə, çıxıb onun dediklərini həyata keçirməyimiz qalır. Əminəm ki, elə də olacaq.

- Qrupda elə vəziyyət yaranıb ki, "Fiorentina" özü də mərhələ adlamaya bilər. Sizcə, onların Bakıya qrupdan çıxmağı təmin edərək gəlməsi sizin üçün daha rahat olmazdımı?
- İstənilən halda rəqibimiz zəif komanda deyil. Onlar hansı heyətlə oynasa, bizə çətin olacaq. Odur ki, biz buna fikir vermirik.

- Bir gözünüz PAOK - "Slovan" oyununda olacaq?
- Nə qədər deməsək də, elə olacaq. Orada baş verənlərlə maraqlanmağa məcbur olacağıq. Çünki taleyimiz həm də o oyundan asılıdır. Lakin istənilən halda bizi ilk növbədə öz oyunumuz düşündürür.

- Qarşılaşmanın baş hakimi - xorvatiyalı İvan Bebek çox qalmaqallı referidir. Bundan xəbəriniz varmı?
- Bəli, bu barədə oxumuşam. Türkiyədə onun haqqında çox sözlər deyiblər. Mətbuat da belə məqamları şişirtməyi xoşlayır. Biz ilk növbədə öz oyunumuzu sərgiləməyə çalışacağıq və hakimlik məsələsinə qarışmaycağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.