8 dekabr 2016 17:30
Arif İsayev: İstərdim ki, Qəbələ səfərdən xalla qayıtsın
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Arif İsayev bu klubun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniya "Maynts"ı ilə oyundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Almaniya klubu ilə səfərdə oynamaq komandamız üçün çətin olacaq. Nəticənin necə olacağını deyə bilmərəm. Onsuz da qazanılacaq xal və ya xallar "Qəbələ"yə heç nə verməyəcək. Ama çox istərdim ki, oradan xalla qayıtsınlar. Mənim ən çox xoşuma gələn hər şeyə rəğmən, klub rəhbərliyinin komandaya peşəkar münasibətini saxlamasıdır. Bu, komandaya müsbət təsir göstərir. Ümid edirəm ki, "Maynts"la oyunun nəticəsi daha yaxşı olacaq".
