8 dekabr 2016 15:40

Elvin Yunuszadə: İtaliyada baş verənləri unutmuşam

"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Avropa Liqasında İtaliya "Fiorentina"sına qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Həlledici matç öncəsi həyəcan, məsuliyyət, ya gərginlik daha çoxdur?
- Rəqibimiz çox güclüdür. Amma onların oyununu "sındırmaq", öz futbolumuzu sərgiləmək istəyirik. Yalnız belə olan halda lazım olan nəticəni əldə edə bilərik. Komandada hər şey qaydasındadır. Məsuliyyət hissi böyükdür.

- Qalib gələcəyinizə inanırsınız?
- Hər şeyə hazır olmalıyıq. Pis nəticə barədə düşünmürük. Sonadək mübarizə aparıb, hədəfimizə çatmalıyıq.

- Bütün ölkə "Qarabağ"dan qələbə gözləyir. Bu, təzyiqə səbəb olur, ya əksinə komandanı ruhlandırır?
- Komandada atmosfer yaxşıdır. Qalib gəlmək istəyirik.

- Düzünü etiraf edin: "Fiorentina" ilə oyunda meydanda olmaq daha yaxşıdır, ya ehtiyatda qalmaq?
- Meydanda olmaq da çətindi, ehtiyatda qalmaq da. Ümid edirəm ki, azarkeşlərimizi gözəl oyunla sevindirəcəyik.

- Rəqibin heyətində daha çox kimdən çəkinmək lazımdır?
- Xüsusi olaraq kimisə fərqləndirmək istəmirəm. Onların hamısı güclü futbolçulardır.

- Rəşad Sadıqovun meydana çıxması sual altındadır. Onunla söhbətiniz olub?
- Ümid edirəm ki, Rəşad oynayacaq. Heyəti Qurban Qurbanov müəyyənləşdirəcək. O, kimi seçsə, həmin futbolçular da meydanda olacaq.

- Sadıqovsuz "Qarabağ" özünə bənzəmir...
- Komandamızın Rəşadın liderlik keyfiyyətlərinə, təcrübəsinə ehtiyacı var.

- Bu rəqiblə səfər oyununda sizin meydandan qovulmağınız 1:5 hesablı məğlubiyyətə gətirib çıxarmışdı. Yəqin ki, meydana çıxsanız, həmin uğursuz çıxışınızı unutdurmağa çalışacaqsız...
- Həmin oyunda baş verənləri unutmuşam. Oynasam, yalnız bu matç barədə düşünəcəyəm.

- "Qarabağ" pley-offa çıxsa, yəqin ki, Bakı küçələrində böyük bayram olacaq. Bu bayramı azarkeşlərlə bölüşəcəksiniz?
- Qrupdan çıxmağımıza çox sevinərik. Yəqin ki, bunu evdə ailəmlə qeyd edərəm. Əvvəllər belə bir uğura imza atmamışıq. Bu gün "Qarabağ"ın adına layiq oyun sərgiləyib, azarkeşlərimizi sevindirməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.