8 dekabr 2016 14:20
Neftçi daha bir futbolçusunu itirdi
"Neftçi”nin Tibbi-Bərpa Mərkəzinin zədəli futbolçularla bağlı yeni məlumatı açıqlanıb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi Cavid İmamverdiyev sağ ayaq baldır əzələsinin dartılması səbəbindən 10-14 gün meydanlardan kənarda qalacaq.
Yarımmüdafiəçi Elşən Abdullayev ağır zədədən sonra müalicəsini davam etdirir. Onun meydanlara nə vaxt qayıdacağı hələ ki, dəqiqləşməyib.
