8 dekabr 2016 14:40
Samir Abasov: Qarabağın Fiorentinaya qalib gələcəyinə 100 faiz əminəm
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sı ilə oyundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın bu gün qalib gələcəyinə 100 faiz əminəm. Düzdür, komandamız İtaliya klubuna səfərdə 1:5 hesabıyla uduzmuşdu. Amma bu, rəqibin böyüklüyündən xəbər vermir. "Fiorentina" əvvəlki komanda deyil. Onların sadəcə, adı qalıb. Ağdamlılar bu gün qələbə qazanacaq gücdədirlər. Yalnız qələbə gözləyirəm".
