8 dekabr 2016 13:20

Elxan Məmmədov: Qurban Qurbanov ilin ən yaxşı məşqçisi olmağa layiqdir

AFFA-nın baş katibi Elxan Məmmədov aralarında azerisport.az saytının əməkdaşının da olduğu bir qrup jurnalistin suallarını cavablandırıb:

- Danışılmış oyunlarla bağlı yaradılmış xüsusi komissiyanın işləri necə gedir?
- Ötən gün iclas oldu. Komissiya AFFA İntizam Komitəsi ilə birgə çalışır. Yekun barədə İcraiyyə Komitəsinə hesabat təqdim olunacaq. Ola bilsin ki, İK-nın növbəti iclası gələn il mart ayında olsun. Danışılmış oyunlar virusdur, bunu məhv etmək lazımdır. Belə şeylər təkcə bizdə baş vermir. Bütün dünyada buna rast gəlmək olar. Belə hallara qarşı mübarizədə biz də beynəlxalq təcrübədən yararlanmağa çalışırıq.

- Siyahıdakı adamların sayının artması mümkündür?
- Araşdırmalardan sonra bəlli olacaq.

- Baş məşqçi Robert Prosineçki bildirdi ki, millimizin bu qış yoxlama oyunu keçirməsi mümkün deyil...
- O, klubların maraqlarını nəzərə alır. Buna görə də hələ gözləyirik.

- Sizcə, bu ilin ən yaxşı məşqçisi kim olmalıdır?
- Sabit nəticələrin olması sevindirir. Məsələn, ötən mövsüm olduğu kimi, bu mövsüm də iki klubumuz Avropa Liqasının qrup mərhələsində çıxış edir. Futzalda, çimərlik futbolunda da uğurlarımız var. Ümid edirəm ki, bu gün "Qarabağ" da Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanacaq.

- "Qarabağ" qrupdan çıxsa, ilin məşqçisi Qurban Qurbanov, alınmasa, Robert Prosineçki ola bilər?
- Prosineçki hələ yola yenicə çıxıb. Qurbanov isə əksinə. "Qarabağ"ın ardıcıl üçüncü mövsüm qrup mərhələsində çıxış etməsi də böyük uğurdur. Qurban ilin ən yaxşı məşqçisi adına layiqdir.

- Bu mövsüm də ilin ən yaxşılarını mükafatlandıracaqsınız?
- Tsikl başa çatmadan seçim etmək çətin olacaq. Qoy tsikl bitsin, ondan sonra mövsümün ən yaxşılarını seçərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.