8 dekabr 2016 13:40
AFFA Bakı Olimpiya Stadionunda müqavilə yenilədi
Bu gün Bakı Olimpiya Stadionunda AFFA, Təhsil Nazirliyi və Coca-Cola Bottlers şirkəti arasında “Coca-Cola Məktəbli Kuboku” turniri ilə əlaqədar memorandumun imzalanması mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tərəflər daha 4 illik əməkdaşlıqla bağlı razılığa gəliblər.
Qeyd edək ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, eləcə də Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki də iştirak edib.
